İran

İranlı hüquq müdafiçiləri İskatlənd polisinə müraciət edib: “Qlazqo toplantısına qatılarsa, Tehran cəlladını yaxalayın”

İranda hüquq müdafiəsi ilə məşğul olan bir sıra fəallar və qurumlar, eləcə də islam Cumhuriyətinin zindanlarında edam olunan minlərlə siyasi məhbusun ailələri İskatlənd polisinə birgə məktub yazaraq, Tehran cəlladı kimi tanınan İran prezidenti İbrahim Rəisinin bu ölkəyə səfər edəcəyi halda həbs edilməsini tələb ediblər.

Bu haqda Böyük Britaniyanın Londonda çıxan “Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, novambrın 2-dən 3-nə qədər İskatləndin Qlazqo şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı zirvə toplantısına bir sıra dünya ölkələri başçıları ilə yanaşı, İran prezidenti İbrahim Rəisi də dəvət olunub.

İskatlənd polisinə rəsmi məktub göndərən hüquq müdafiəçiləri İbrahim Rəisinin 1988-ci ildə İran zindanlarında minlərlə günahsız siyasi məhbusa ölüm hökmü çıxardığını xatırladaraq, onun bu toplantıda iştirak edəcəyi halda həbs edilməsini və uluslararsı məhkəmələrdə mühakimə olunmasını tələb ediblər.

“Times” qəzeti İskatləndin Avropa Parlimanındakı keçmiş nümayəndəsi, mühafizəkar siyasətçi Struan Stevensonun dilindən yazıb ki, o Tehran cəlladının həbs olunması istəyi ilə yazılmış məktubu İskatlənd polisinə verərək, insanlığa qarşı törətdiyi cinayətlərə görə İbrahim Rəisiyə qarşı irəli sürülən ittihamların araşdırılmasını xahiş edib.

Bildirək ki, İbrahim Rəisi prezident vəzifəsinə seçildikdən bəri yalnız bir dəfə Tacikistana səfər edib.

Related Articles

Bir cavab yazın

Back to top button