İran

Həbsdə olan noxbə öyrənci Əli Yunesinin vəkili mustafa Nili, müvəkkilinin məhkəməsinin bu gün tir ayının 12-i Şənbə günü olacağını açıqlayıb

Həbsdə olan noxbə öyrənci Əli Yunesinin vəkili mustafa Nili, müvəkkilinin məhkəməsinin bu gün tir ayının 12-i Şənbə günü olacağını açıqlayıb.
Əli Yunesi ilə tirin 10-da Cümə axşamı günü görüşən Mustafa Nili öz Tuiter səhifəsində yazıb ki, Əli Yunesi və Əmir Hüseyn Moradi 14 aydan çoxdur 209 saylı təhlükəsizlik bəndidə saxanırlar və ümumi bölməyə köçürülməmələri özlərini müdafiə etməkdə çətinlik yaradıb. Əli Younesinin vəkilinin dediyinə görə, pərvəndənin məmurunun istəyi ilə bu günə qədər ümumi bir köçürülmələrinin qarşısı alınıb.
Fərvərdinin 23-də duz günü Mustafa Nili, müvəkkillərinə qarşı irəli sürülən ittihamları yer üzündə fəsad törətmə kimi ittihamlar Bayramdan öncəsi, fərvərdinin 22-i tarixində məhkəmə iclasının təyin olunduğunu və naməlum səbəblərdən müvəkkillərinə məhkəməyə göndərilməyəcəyini bildiriblər. Beləliklə məhkəmə keçirilməyib.
1395-ci ildə ölkə üzrə Nücum Olimpiadasının gümüş medalı habelə Dünya nücum Olimpiadasının qızıl medalçısı olan Əli Younesi 1396-cı il fərvərdinin 22-də, “Təhlükəsizlik quvvələri tərəfindən ağır döyüldükdən sonra” tutulması üçün bir səbəb göstərilmədən həbs olunub.
Həmin gün təhlükəsizlik məmurları, fizik öyrəncisi və ölkə üzrə Nücum Olimpiadasının gümüş medalıçısı Əmir Hüsein Muradini də həbs ediblər.
Həbs olunmalarından bir müddət sonra, İran İslam Cumhurisi məhkəməsinin sözçüsü Qulamhüsein Ismaili, öyrənciləri “Ziddi – inqilabçı” qruplarla ilgidə və “təlim altında” “ölkədə təxribat törətmək istəməkdə” günahlandırıb.
Əli Yunesinin ailəsi, məhkəmə sisteminin “zehni və fiziki işgəncə və zorla etiraflar eləcə də ailələrə basqı” tarixinə istinad edərək, iddiaları “gülünc” və “nağıl uydurma” adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button