Dünya

“Ermənistan bölgənin ən geridə qalmış ölkəsinə çevrilir”.

AN.T xəbər verir ki, bun barədə “Telegram” kanalında keçmiş baş Vəzirinin müavini, “Ermənistan” blokunun üzvü Armen Gevorqyan yazıb. “Ermənistan bölgənin ən geridə qalmış ölkəsinə çevrilir. Təəssüf ki, bu gedişat mütəşəkkil bir vəziyətə çevrilir”.
Müxalifətçi bu barədə son səsvermənin nəticələrinə görə deyil, yalnız bu səsvermənin nəticələrinin əsas səbəbindən narahat olduğuna görə danışdığını qeyd edib. “Dünya Bankının bir araşdırmasına görə, Ermənistanda təməl yoxsulluğu səviyyəsi yüzdə 35-dir. Bu o deməkdir ki, 10 yaşınadək olan hər üç şagirddən biri yaşa uyğun mətni səlis oxuya və başa düşə bilmir. Gürcüstanda bu rəqəm yüzdə13.8, Azərbaycanda isə 23.3-dir. Bundan əlavə, Ermənistanda uşaqların təxminən yüzdə 7-i məktəbə getmir. Bu, bizim ən dərin çatışmazlıqlarımızdan biridir”
Armen Gevorqyan inanır ki, indiki hökumətin savadlı insanlara, keyfiyyətli insan qaynaqlarına ehtiyac yoxdur, çünki təhsilsiz insanları idarə etmək, onları azdırmaq daha asandır. “Bu həm də uzunmüddətli uğursuzluğun təməlini qoyur. Hər zaman yüksək təhsil ixtisasına və insan potensialına sahib olan Ermənistan bu gün bu sərmayasını itirir. Bu göstəricilər sabahın Ermənistanının təsvirini təşkil edir və bu, çox həyəcanvericidir”.
Siyasətçinin sözlərinə görə, bu gün təhsil sisteminin vəziyyəti kütləvi mühacirətin əsas səbəblərindən birinə çevrilib. Armen Gevorqyanın fikrincə, bir çox erməni hələ də övladlarının keyfiyyətli təhsil almasını vacib hesab edir, bu imkanı Ermənistan xaricində axtarır.

Related Articles

Bir cavab yazın

Back to top button