Dünya

Ermənistan Ciliza kəndini Gürcüstana qaytarmağa hazırlaşır

“ANT” xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Qeyd olunub ki, Ermənistan təkcə Azərbaycanla deyil, həm də Gürcüstanla sərhədlərin demarkasiyasına hazırdır: “Buraya xüsusilə Alaverdu bölgəsində yerləşən Gürcüstan sərhədindəki Ciliza kəndi aiddir”.

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı İrakli Kobaxidze ilə görüşündə də bu məsələni müzakirə edib.

Xatırladaq ki, Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiya və demarkasiya məsələsini 1992-ci ildən müzakirə edir. 1996-cı ildən isə iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya komissiyaları fəaliyyət göstərir. Lakin onlar çox passiv rejimdə işləyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button