Dünyaİran

Ermənistan İranla sərhəddə yeni gömrük məntəqəsi tikəcək

“Ermənistan İranla sərhəddə yeni gömrük məntəqəsi tikəcək, çünki indiki digərləri ilə müqayisədə daha pis vəziyyətdədir və tamamilə söküləcək”, – bunu Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan parlamentin 2024-cü il dövlət büdcəsi layihəsi üzrə daimi komissiyalarının iclasında deyib.

Onun sözlərinə görə, Meğridəki gömrük məntəqəsi sıfırdan tikiləcək:

“Meğridəki gömrük məntəqəsinə gəlincə, bütün binalar söküləcək və sıfırdan ən yaxşı beynəlxalq standartlara cavab verən yeni məntəqə tikiləcək. Eyni zamanda gömrük nəzarətinin sürətləndirilməsi və səmərəliliyinin artırılması üçün islahatlar həyata keçirilməlidir”.

Yeni gömrük məntəqəsinin tikintisi ilə bağlı xərclər Meğridəki gömrük idarəsi Aİ-nin qrant vəsaitləri və Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına təmir edilir.

#İran #Ermenistan

Related Articles

Bir cavab yazın

Back to top button