Azərbaycan

Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan Zəngəzura (Sünikə) çatdı)

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Azərbaycan hərbçilərinin Qarabağda Qubadlı şəhərini ələ keçirdiklərini təsdiqləyib.

Virtualaz.org bildirir ki, Ovannisyan bu gün keçirdiyi brifinq zamanı etiraf edib: “Təəssüf ki, dünən axşam döyüşlərin gedişində rəqib Qubadlını tuta bilib və bəzi istiqamətlərdə irəliləyib”.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, hərbi əməliyyatlar bir neçə kənddə davam edir.

“Bəli, rəqib bəzi sahələrdə uğur qazanıb, bəli, onlar Sünikin (Zəngəzur –red.) darvazasına yaxınlaşıblar, amma vəziyyət ekstremal deyil”, – deyə o vurğulayıb.

Artsrun Ovannisyan erməni jurnalistlərə sabah hərbi əməliyyatların xəritəsini təqdim edəcəyinə söz verib.

Related Articles

Bir cavab yazın

Back to top button