Dünya

Ermənistan müxalifəti hərbi vəziyyəti ləğv etdirmək istəyir

Ermənistan parlmanının müxalifətdən olan millət vəkilləri ölkədə nizami vəziyyət rejiminin ləğvi məsələsinin müzakirəsi məqsədilə Milli Məclisin növbədənkənar toplantısının çağırışı qərarı ilə çıxış etmək niyyətindədir.
Bu barədə Ermənistan mediası məlumat verib.
Toplantının bu gün saat 11-də keçirilməsi planlaşdırılıb.
Müxalifət nizami vəziyyətin ləğvindən sonra Ermənistanın baş vəziri Nikol Paşinyanın istefası prosesinə qərar verməyə nail olacağını gözləyir. Hakimiyyət əleyhinə olanlar Paşinyanı Qarabağ üzrə Bəyanatı imzalamaqda ittiham edirlər. nizami vəziyyətin ləğvindən sonra eləcə də ölkədə qadağan olunmuş etiraz aksiyalarının keçirilməsi imkanı ortaya çıxacaq.

Related Articles

Bir cavab yazın

Back to top button