Dünyaİran

Ermənistan Suriya arasında uçuş başlanıb

On il sonra Ermənistandan ilk uçaq Suriyanın Hələb hava limanına enir Suriya Nəqliyyat Vəzirliyi ötən gün cümə axşamı yaydığı açıqlamada bildirib ki, 2011-ci il savaşının başlanmasından bəri Hələb Uluslararası Hava Limanı şənbə günü Ermənistandan ilk xarici uçuşu qəbul edəcək. Suriya Nəqliyyat Vəzirliyinin yaydığı məlumatda deyilir: “Hələb Uluslararası Hava Limanı iki dost ölkə arasında uçuşların yenidən başlandığını elan edərək bildirir ki, şənbə günü, septambrın 4-də Ermənistanın paytaxtı İrəvandan ilk xarici səfəri qəbul edəcək”. Ermənistanla Suriya hava yollarının savaşdan öncə Suriya və İrəvana iki uçuş həyata keçirdiyini deyən Hələb Hava Limanının rəisi Ba:sem Mənsur qeyd edib ki, iki ölkə arasında uçuşlar 2011-ci ildə Suriyada daxili savaş başlayandan dayandırılıb. Suriya Ermənistana ilk hava uçuşunu ötən ilin juiyə ayında Dəmeşqdən İrəvana gerçəkləşdirilib. Bildirək ki, işğalçı Ermənistan öz çirkin niyyətlərinə haqq qazandırmaq üçün İran, Suriya, Lubnan kimi ölkələrlə sıx iş birliyi qurmağa çalışır və bu ölkələrdə yaşayan ermənilərin potensialından istifadə edir. Təsadüfi deyil ki, Suriya ilə Lubnandan çox sayda erməni terorçu gizli yollarla Ermənistana gələrək ikinci Qarabağ savaşına qatılıb və öldürüldükdən sonra kimlikləri üzə çıxıb.

Related Articles

Bir cavab yazın

Back to top button