İran

Ermənistan Təbrizdə konsulluq açmaq üçün İranla danışıqlar aparır

Ermənistan Güney Azərbaycanın Təbriz şəhərində konsulluq açmaq üçün İran hökuməti ilə danışıqlar aparır.

“Aznews tv”xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O, ölkəsinin bu qərarı İranın ötən ilin sonlarında Qafan şəhərində konsulluq açmaq qərarına gəlməsindən sonra qəbul etdiyini deyib.

Mirzoyan, habelə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin açılması istiqamətində intensiv müzakirələrin getdiyini deyib.

Qeyd etmək lazımdır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın erməni işğalı altında olan torpaqlarını azad etməsindən məmnun qalmayan İran hökuməti ötən iki il ərzində Ermənistana hər cür dəstəyini nümayişkəranə şəkildə artırmağa davam edir. Bu istiqamətdə İran hökuməti əlaltı rəsmiləri vasitəsilə Ermənistanı Güney Azərbaycan şəhərləri ilə ticarət münasibətlərinə sövq etməklə azərbaycanlılar arasında da fikir ayrılığı yaratmağa çalışır

Related Articles

Bir cavab yazın

Back to top button