Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Bölgə

Ermənistan Türkiyə mallarının ölkəyə idxalına qoyulan qadağanı uzadır

Ermənistanın iqtisadiyyat naziri hökumətin Türkiyə mallarının ölkəyə idxalını qadağan edən qanunun müddətini bir sıra dəyişikliklərlə uzadacağını açıqlayıb.

Ermənistanın iqtisadiyyat naziri hökumətin Türkiyə mallarının ölkəyə idxalını qadağan edən qanunun müddətini bir sıra dəyişikliklərlə uzadacağını açıqlayıb.

“Aznews tv” “Qafqaz.ir” saytına istinadən məlumatına görə, nazir Vahan Kerobyan bildirib: “İqtisadi nəticələri və gözləntilərimizi nəzərə alaraq deyə bilərik ki, biz düzgün addım atmışıq. Belə ki, ilkin məlumatlara görə, Türkiyə mallarının Ermənistana idxalı on dəfə azalıb”.

O, habelə qeyd edib: “Ermənistanın gömrük rəsmiləri Türkiyə etiketli heç bir malın ölkəyə daxil olmaması üçün tam ştat rejimində işləyirlər. Avrasiya ölkələrindən gətirilən mallar gömrük yoxlamasından keçmədiyi üçün bu, qadağan olunmuş malların daşınmasında boşluqlar yaradır”.

“Bütün bu hallarla belə, qoyulan qadağa öz təsirini göstərib və əgər əvvəllər Türkiyədən idxal 260-270 milyon dollar təşkil edirdisə, 2021-ci ildə bu rəqəm on dəfə azalıb”, – deyə erməni nazir əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Türkiyə-Ermənistan sərhəd gömrüyünün yenidən açılması məsələləri üzrə xüsusi nümayəndə təyin edildiyini açıqlayıb. Bölgədə davamlı sülh və sabitlik naminə Ankaranın atmış olduğu bu addıma isə erməni tərəfi Türkiyə etiketli hər hansı malların Ermənistana gətirilməsinə qadağa qoymaqla cavab verir. Belə olan halda necə düşünmək olar ki, erməni tərəfi də bölgədə sülhün və sabitliyin tərəfdarıdır?!

Related Articles

Bir cavab yazın

Back to top button