Dünya

Ermənistan vətəndaşları Qətərə vizasız səfər edə biləcəklər.

Ermənistanın hazırki prezidenti Armen Sərkisyan da bir neçə gün əvvəl Qətərə səfər edib. Armen Sərkisyan Qətər əmiri ilə müzakirələr apardıqdan sonra bu ölkədə keçirilən innovasiya sammitində iştirak edib.

Ermənistan mətbuatına istinadən bildirir ki, Qətərin paytaxtı Dohada Ermənistan prezidenti Armen Sarkisyan və Qətər əmiri Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Taniyə arasında keçirilən görüşdə alınan qərara görə Ermənistan vədəndaşları üçün viza rejimi ləğv edilib. Ermənistan prezidenti Qətərdə Ermənistan səfirliyinin açılmasına görə də Qətər əmirinə təşəkkür edərək bildirib ki, vizanın ləğvi iki dövlətin iqtisadi, mədəni, elmi, təhsil və turizm əlaqələrinin stimullaşdırılmasına müsbət təsir göstərəcək.

Related Articles

Bir cavab yazın

Back to top button