Azərbaycan

Şəlalə Həsənova Türkiyədə “İlin Ən Yaxşı PR Uzmanı” seçildi

Türkiyədə üçüncü dəfə keçirilən Türkiyə Azərbaycan Kardeşlik Ödülləri təntənəli mərasimində mükafatlar sahiblərinə təqdim edilib. Qaliblər sırasında Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, Əməkdar Jurnalist Şəlalə Həsənova “İlin Ən Yaxşı PR Mütəxəssisi” ödülünə layiq görülüb. İstanbul-Azərbaycan Dostluq dərnəyinin təşkil etdiyi ənənəvi tədbirdə hər iki ölkənin sənət, siyasət, iqtisadiyyat, elm, incəsənət, media və digər sahələrdə qazandıqları nailiyyətlərə görə tanınmış simalar bir araya gələrək ödül sahibləri kimi ictimaiyyətə təqdim olunublar. “Məqsədimiz iki qardaş ölkənin ən yaxşılarını bir arada tutaraq bölünməz bütünlüyümüzü və birliyimizi bütün dünyaya yaymaqdan ibarətdir” – gecənin təşkilatçıları Atakan Taşur və Hülya Ağasoy açılış nitqində bu fikri önə çəkiblər. Tədbirdə Azərbaycanın İstanbuldakı Konsulluğunun məsul şəxsləri iştirak etmişdirlər. “İki millət bir dövlət” şüarı ilə təşkil olunan tədbir hər iki ölkə tərəfindən canlı yayımlanmış, bütün Türkiyə xəbər proqramlarında və saytlarında geniş işıqlandırılmışdır.

Related Articles

Bir cavab yazın

Back to top button