Dünya

Ərdoğanla Putin arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub. Türkiyə və Rusiya liderləri Azərbaycan-Ermənistan dövlət mərzindəki vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparıblar. Putin gərginliyin əsnasında kömək edəcək hər cür fəaliyyətə imkan verməməyin vacibliyini qeyd edib. Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Bölgədə sabitlik məqsədi ilə səylərin koordinasiyona hazırlıq vurğulanıb.
Liderlər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub. Bundan başqa, Ərdoğan və Putin gündəmdə duran bir sıra ikitərəfli məsələlərə toxunublar. Putin türkiyəli həmkarını və Türkiyə xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə də təbrik edib.

Related Articles

Bir cavab yazın

Back to top button