Azərbaycan

Etibar Mirzəyev: “Sabah şad xəbərlər eşidəcəyik”

“Türkiyədə meşə yanğınlarının söndürülməsində görülən işlərlə bağlı “Böhran mərkəzi”nin xüsusi iclası üç saata yaxın davam edib”.
“ANT” xəbər verir ki, bunu Azərbaycanın Fövqəladə Hallar vəzirinin müavini, Jeneral Etibar Mirzəyev Türkiyənin Muğla şəhərində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Köycəğiz və Bodrum ətrafında yanğınlar baş verib:
“başqa yanğınlar kontorol olunub. Artıq demək olar ki, Köycəğizdəki də yanğın məhdudlaşıb. Ehtimal ki, sabah şad xəbərlər eşidəcəyik. Avqustun 10-da Fövqəladə Hallar Vəzirliyinin 500-ə yaxın əməkdaşı Yeniköy, Kəmərköy, Köycəğiz və İlanlı dağında xidmət aparıblar. Bu ərazidə 77-yə yaxın yanğınsöndürmə avtomobili xidmət aparır. Bizim əməkdaşlarımız Köycəğizdə yanğın ocaqlarının soyudulması işlərini görüblər”.
Etibar Mirzəyev qeyd edib ki, Türkiyənin bütün şəhər və bölgələrində Azərbaycan yanğınsöndürənlərinə qarşı gözəl münasibət olub:
“Hər birimizin gördüyü kimi bu şəhərlərlə məntəqələrdə Azərbaycan yanğınsöndürənlərinə gözəl münasibət olub. Bu bizim üçün bir təcrübə oldu. Biz daim Türkiyənin yanındayıq. Yaşasın Türkiyə Azərbaycan qardaşlığı!”.

Related Articles

Bir cavab yazın

Back to top button