
“İranda azadlıq tələb edənlərin hər gün təqib olunmasını və işgəncəyə məruz qalmasını müşahidə edirik.
Etirazçıları himayə etməklə İran hakimiyyətinin xalqın canına və yaşam azadlığına qəsd etməsinin qarşısını almağa yardımçı olun”-İttifaqın bəyanatında belə deyilir.
Bəyanatda bildirilir ki, ölkədə qadınlara basqı müxtəlif metodlarla davam edir.
“Hakimiyyətin xalqa və azadlıq istəyənlərə arenanı dar etdiyi bir durumda bunun qarşısını birgə, güclə ala bilərik”-bəyanatda qeyd olunur.