Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Etirazlar artdı- İran Xəttatlar Dərnəyi üzr istədi

İran Xəttatlar Dərnəyi bu dərnəyin imtahanında Səlcuqlu türklərini təhqir edən mətndən istifadə edildiyinə görə türklərdən üzr istəyib.

Bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb.

“Bu mətnin dərci Azərbaycanda incəsənət və media nümayəndələrinin kəskin tənqidi və etirazı ilə qarşılaşıb, sərt reaksiya veriıib. Bundan dərhal sonra Xətatlar Dərnəyi bəyanat yayaraq, dərnəyin təsadüfi və istəmədən səhvini qəbul edərək, türkdilli soydaşlardan üzr istəyib, imtahan sessiyasını ləğv edib və başqa vaxta keçirib”,- məlumatda bildirilib.

Qeyd edək ki, İran Xəttatlar Dərnəyi  imtahan zamanı qərəzli sual verərək türkləri alçaldıb və təhqir edib.

Mətndə Səlcuq türklərinin yazıya və ədəbiyyata tamamilə yad olduqları, natiqlikdən və nəzakətdən məhrum qaldıqları yazılıb.

Türklərin “yarı vəhşi”, “muzdlu” və “köçəri” olduqları iddia olunan mətnin yayılmasından sonra azərbaycanlı sənət adamları və mədəniyyət xadimləri, mədəni fəallar geniş etiraz paylaşımları ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button