İran

ETTELAAT məmurları bəhailərin evinə basqın ediblər: Həbs olunanlar var

İranda bəhailərə qarşı təqib və təzyiqlər davam edir.

Ölkənin təhlükəsizlik qüvvələri bu dəfə Kirmanşah şəhərində bəhailərin evlərinə hücum edərək 5 nəfəri həbs edib. Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Məlumatda bildirilir ki, həbs edilən bəhailərin evlərində və avtomobillərində axtarış aparılıb və onlara məxsus şəxsi əşyalar müsadirə olunub.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub vətəndaşlar İranda vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

İranda bəhailərin iş yerləri qapadılır, ibtidai məktəbdən ali təhsilə qədər təhsil hüququndan məhrum edilirlər, qəbiristanlıqları, müqəddəs yerləri dağıdılır və başqa sosial məhdudiyyətlərlə üzləşirlər.

#behai

Related Articles

Bir cavab yazın

Back to top button