İran

ETTELAAT və SEPAH Qərbi Azərbaycan və Sistan-Bəluçistanda əməliyyat keçirib-Onlarla müxalif həbs edilib

ETTELAAT Nazirliyi və SEPAH-ın yaydığı birgə bəyanatda Qərbi Azərbaycan əyalətində müxaliflərə qarşı keçirilən əməliyyatda 80 nəfərin həbs edildiyi bildirilib.

Bəyanatda saxlanılanların etiraz aksiyalarına rəhbərlik etdikləri, onların müxalif təşkilatlara bağlı şəxslər olduğu qeyd edilib.

İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin Qərbi Azərbaycan bölməsinin məlumatında həbs edilən şəxslər terrorçu “İŞİD” üzvləri kimi qələmə verilib.

Bununla yanaşı sentyabrın 24-ü səhər saatlarında ETTELAAT-ın Sistan və Bəluçistan bölməsi də Zahidan şəhərində keçirilən əməliyyatlar nəticəsində onlarla şəxsin saxlanıldığını bildirib.

Bundan öncə Gilan, Kirmanşah, Xuzistan və başqa əyalətlərdə keçirilən əməliyyatlarda həbs edilən yüzlərlə müxalif separatçı, terrorçu və xarici qüvvələrə bağlı təxribatçılar kimi təqdim edilib.

Hökumət kütləvi etiraz aksiyalarının qarşısını almaqda aciz qaldıqca müxaliflər və etirazçılara qarşı dahada ağır ittihamlar irəli sürür.

Related Articles

Bir cavab yazın

Back to top button