Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Evin həbsxanasında saxlanılan ın həbsindən 17 ay ötür

Azərbaycanlı fəallar Araz Aman,Əbduləzəz Əzimi qədim, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin həbsindən 17 ay ötür.

Həbs olunduqları vaxtdan bu azərbaycanlı fəallar təhlükəsizlik orqanlarının məhkəmə orqanlarına mane olması səbəbindən hələ də zaminə buraxılmayıblar.

Bu işlə bağlı olan digər azərbaycanlı fəallar Vədud Əsədi, Abdullah Vahidi, Salar Tahir Afşar 2025-cü ilin fevral ayında Evin zindanına köçürülüblər.

Seyid Məhəmməd Rza Fəqihi isə 2025-ci ilin yanvar ayından bəri Evin həbsxanasında saxlanılır.

Qeyd edək ki, Evin zindanında məhbus olan bu fəallar 2024-ci il fevralındə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Tehran, Kərəc, Ərdəbil, Təbriz, Rəşt, Xiyav, Urmu, İslamşəhr, Astarada məhkəmə qərarı olmadan kəşfiyyat qüvvələri tərəfindən həbs ediliblər.

Azərbaycanlı fəallar şərlənərək “daxili və xarici təhlükəsizliyə qarşı cinayətlər törətmək üçün toplaşmaq və sövdələşmə”, “İran İslam Respublikası əleyhinə təbliğat” və “casusluq” ittihamları ilə mühakimə olunublar.

Related Articles

Bir cavab yazın

Back to top button