Azərbaycanİran

Evin Həbsxanasında saxlanılan məhbuslardan ikisi sərbəst buraxılıb

Evin Təcridxanasının 209-cu palatasına köçürülən son məhbuslardan Aydın (Süleyman) Məhəmmədi və Səid Dostan məhkəməyə qədər 800 milyon tümən və 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Cənab Məhəmmədi 3 Mart Bazar günü 800 milyon tümən və Cənab Dostan 29 Fevral Cümə axşamı Evin Həbsxanasının 209-cu Palatasından 300 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Aydın (Süleyman) Məhəmmədi 5 Fevral 2024-də Ərdəbil şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək Evin zindanındakı Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülmüşdü.

Səid Dustan da 12 fevral 2024-cü ildə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunda göründükdən sonra həbs edilərək Evin zindanına köçürülüb. Bu Türk mədəni fəal daha öncə Səna sistemi vasitəsilə bildiriş alaraq “Milli təhlükəsizliyə qarşı hərəkət etmək üçün toplaşaraq əlbir olmaq” ittihamı ilə Ərdəbil Prokurorluğuna çağırılmışdı.

Qeyd edək ki, rəssam və Türk mədəni fəal Mürtəza Pərvin bu gün, 5 mart 2024-də, Evindəki Kəşfiyyat İdarəsinin təcridxanasında aclıq aksiyasının 11-ci gününə girib.

Mürtəza Pərvinin fiziki vəziyyətini və xəstəlik tarixçəsini nəzərə alsaq, bu məsələ bu sənətçinin və mədəni fəalın ailəsinin narahatlığını daha da artırıb. Mürtəza Pərvin bel fəqərələrində ağır disk xəstəliyindən əziyyət çəkir, onun ağır fiziki vəziyyəti və süstlüyünə görə aclıq aksiyası onun sağlamlığına ciddi təhlükə yarada bilər.

Related Articles

Bir cavab yazın

Back to top button