İran

Evin zidanında altı məhbus iranlı şairin ölümündə zindan məmurlarının səhlənkarlığı səbəbi ilə etiraz aksiyasına əl atıb

"Aznews tv" xəbər verir ki, sözügedən 6 siyasi məhbusun aksiyaya əl atması xəbəri haqda hazırda sürgündə olan keçmiş vicdan məhbusu Süheyl Ərəbi yanvarın 13-də "Twitter"dəki paylaşımında məlumat verib.

Tehranın Evin zindanında 6 siyasi məhbus şair və kinomatoqraf  Behtaş Abtinin ölümündə zindan məmurlarının birbaşa və açıq-aşkar günahının və qüsurunun olması, habelə zindan müdiriyyətinin onların tələblərinə laqeyd yanaşmasına etiraz olaraq yanvarın 12-dən aksiyaya başlayıblar.

“Aznews tv” xəbər verir ki, sözügedən 6 siyasi məhbusun aksiyaya əl atması xəbəri haqda hazırda sürgündə olan keçmiş vicdan məhbusu Süheyl Ərəbi yanvarın 13-də “Twitter”dəki paylaşımında məlumat verib.

O bildirib ki, həmin siyasi məhbuslar yanvarın 12-dən etibarən “tam aksiya”ya (yeməksiz və susuz) başlayıblar.

Xatırladaq ki, Evin zindanında həbsdə olan şair və film yönətməni Bektaş Abtin koronavirusa yoluxduqdan sonra zindan məmurları tərəfindən onun müalicəsi təmin edilmədiyi üçün bir neçə gün sonra vəfat edib.

Related Articles

Bir cavab yazın

Back to top button