İran

İran xarici işlər naziri Çinlə 25 illik müqavilənin icrası ilə bağlı danışıqlar aparmaq üçün Pekinə gedib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 14-ü səhər saatlarında Çinin paytaxtı Pekin şəhərinə yollanıb. O, Çin hökuməti ilə 25 illik müqavilənin hansı şərtlərlə həyata keçiriləcəyini müzakirə etmək üçün bu ölkənin rəsmisi ilə görüşəcəyini deyib.

“Aznews tv” xəbər verir ki, Abdullahian Çinin xarici işlər naziri Vanq Yinin dəvəti ilə İrandan siyasi və iqtisadi nümayəndə heyəti ilə birlikdə Pekinə səfər edib və cümə günü çinli həmkarı ilə görüşəcək.

Əmir Abdullahian açıqlamasında bildirib ki, bu səfərin məqsədi ikitərəfli siyasi əlaqələr və İranla Çin arasında 25 illik müqavilənin icrası ilə bağlı detalların müzakirəsini ehtiva edir və onlar, habelə iki ölkə arasında son 25 ildə əməkdaşlıq proqramının vəziyyətini də müzakirə edəcəklər.

Xatırladaq ki, sözügedən 25 illik müqavilə İranda keçmiş hökumət tərəfindən Əli Xameneinin nümayəndəsi olaraq Əli Laricaninin başçılığı ilə imzalanıb və geniş müzakirələrə səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button