Dünya

Fələstin Mənamədəki səfirini geri çağırdı

Fələstin dövləti, İsrail və Bəhreyn arasında münasibətlərin düzəlməsinə dair razılığa görə Mənamədəki səfirini geri çağırıb.

İsrail və Bəhreyn arasındakı münasibətlərin düzəlməsinin elan edilməsindən sonra fələstinli qruplar, Türkiyə və İran bu addımı pisləyiblər. Misir, İmarat və İngiltərə kimi bir neçə ölkə sülh razılaşmasını dəstəkləyiblər. Əksər ərəb ölkələri hələlik buna rəsmi fikir bildirməyiblər.

Qeyd edək ki, Tramp septambrın 11-ində İsrail və Bəhreyn arasındakı diplomatik münasibətlərin düzəlməsini elan etdikdən sonra dövlətlər və siyasi təşkilatlar buna təpki göstəriblər.
“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, sülh razılaşmasının elan olunmasının ardından, Bəhreyndə və ümumilikdə bütün ərəb dünyasında ictimai şəbəkə istifadəçiləri bu razılaşmaya qarşı çıxıblar. Bir çox Bəhreyn vətəndaşı “Bəhreynlilər razılaşmaya qarşıdırlar” həştəqinə qoşulublar.
Fələstinli qruplar Bəhreyn və İsrail arasındakı münasibətlərin düzəlməsini pisləyiblər.

Fələstin Azadlıq Təşkilatı bu razılaşmanı “Fələstin məsələsinə daha bir xəyanət” adlandırıb və Mahmud Abbasın əmri ilə Mənamədəki səfirini geri çağırıb.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close