Dünya

Merkel: “Növbəti həftələr pandemiyanin ən ağır mərhələsi olacaq”

Qışın qarşıdakı həftələri Almanda koronavirusun çoxalması baxımından ən çətin mərhələ olacaq. Bunu Almanın baş vəziri Angela Merkel deyib. O, bildirib ki, bu, Almanın habelə bir çox Avropa ölkəsinin yaşadığı yoluxmanın ikinci təhlükəli dalğasıdır. Gələn həftələr, böyük ehtimalla, yoluxmanın ən ağır mərhələsi olacaq.
Merkelin sözlərinə görə, bir çox mərizxanadakı həkimlər və tibb işçiləri var gücləri ilə çalışırlar. “Milad və Yeni il tətilində artan yoluxmaların nəticələrini hələ hesablaya bilmərik. Hədəfimiz aydındır – yeni yoluxmaları yeddi gündə 100 min əhalidən 50 nəfəri yoluxub və ya bundan da aşağı həddə azaltmaq”,-deyə o, bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button