Dünya

NYU-YORKDA ARA QARIŞDI

Nyu-Yorkda mağazalar, ticarət mərkəzləri talan edilir. Amerikada qaradərili Corc Floydun ölümü ilə bağlı küçələrə çıxan etirazçılar mağazaların şüşələrini sındırır, soyğunçuluq törədirlər.
Nümayişçilər dünyanın ən bahalı küçəsi hesab edilən Nyu-Yorkun Beşinci avenyusunda yerləşən ticarət mərkəzlərinə, mağazalara basqın edir.
Polis onlara qarşı sərt addımların atılacağı barədə xəbərdarlıq edib.
Daha əvvəl isə Prezident Donald Tramp əyalətlərə rəhbərlik edən farmandarlardan iğtişaşlarda iştirak edən insanlara qarşı sərt tədbirlərin görülməsi tələbini irəli sürmüşdü.

Related Articles

Bir cavab yazın

Back to top button