Dünya

TACİKİSTAN: “ÜÇÜNCÜ TƏRƏFİN MÜDAXİLƏSİNƏ EHTİYAC YOXDUR”

Tacikistan Xarici İşlər Vəzirliyi, Rusiya Xarici İşlər Vəzirliyinə rəsmi məktub göndərib. Bununla da Lavrov Tacikistanla Qırğızıstan arasında mərzlərin təyin edilməsi və bölgənin nizamisizləşsdirilməsi ilə bağlı açıqlamalarına etirazını bildirib.
Rəsmi etiraz naməsində bölgənin nizamiləşsizdirilməsi və Ümumi Əmniyət Razılaşması Təşkilatına üzv ölkələrin dövlət mərzlərinin təyin edilməsi məsələsinin bu ölkələrin daxili işləri olduğu və yalnız ikitərəfli danışıqlar yolu ilə həll edilə biləcəyi vurğulanıb.
Məktubda deyilir: “Rusiya tərəfinin diqqətinə çatdırılır ki, Tacikistan və Qırğızıstan arasında mərz ixtilaflarının həlli prosesi mərzlərin təyin edilməsi və nizamisizləşdirilməsi üzrə dövlətlərarası komisyon, habelə hüquqi məsələlər və ərazi üzrə işçi qrupları çərçivəsində nəzərdən keçirilir. Buna görə ən yaxşı beynəlmiləl üsullardan və aidiyyatı beynəlmiləl qaydalardan istifadə olunur”.
Tacikistan Xarici İşlər Vəzirliyinin rəsmi məktubunda vurğulanır ki, Tacikistan Cumhuriyəti ilə Qırğızıstan Cumhuriyəti arasındakı mərz problemlərinin həlli ilə bağlı üçüncü ölkənin danışıqlar gedişatına müdaxiləsi məsləhət deyil.
Bundan öncə, meyin 26-da Lavrov adıçəkilən təşkilatın xarici işlər vəzirləri Şurasının videokonfransında, “təəssüf ki, bu cür gərginliklərin baş verməsi ilk dəfə deyil. Müttəhimlərimizi danışıqlara başlamağa və silahdan imtina etməyə çağırırıq. Hesab edirik ki, vəziyyət mümkün qədər tez sabitləşməlidir. Biz bu barədə dostlarımıza məlumat vermişik”, – deyə bildirib.
Bunun ardından Duşənbə dövləti Rusiya Xarici İşlər Vəzirliyinə etiraz məktub verib. Moskonun Tacikistanla Qırğızıstan arasındakı mərz ixtilaflarını həll etməyə hazır olmasına narazılığını bildirib ki, qonşu ölkə ilə mərz məsələsi iki ölkənin daxili işidir və üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button