Azərbaycanİran

Fərzanə Qarahəsənli tibbi yardımla bağlı imtinaya etiraz olaraq aclıq aksiyasına başlayıb

Məşhədin Vəkil Abad həbsxanasında cəza çəkən güneyli həkim Fərzanə Qarahəsənli bazar günündən aclıq aksiyası keçirir.

O, tibbi və terapevtik yardımdan məhrum edilməsinə etiraz olaraq bu addımı atıb. Onun bədəninin sol tərəfində tam uyuşmadan əziyyət çəkdiyi və təcili müalicəyə ehtiyacı olduğu bildirilir.

Vəkil Abad həbsxanasının rəhbərliyi onun fiziki vəziyyətinin ağır olmasına baxmayaraq, onu nəinki həbsxanadan kənar tibb mərkəzlərinə göndərməkdən imtina edir, hətta heç bir müayinə aparmadan ona sadəcə olaraq ağrıkəsicilər yazıb.

2022-ci il noyabrın 4-də azərbaycanlı rentgenoloq, 54 yaşlı Həmid Qarahəsənli və həyat yoldaşı, laboratoriya elmləri üzrə mütəxəssis, 46 yaşlı Fərzanə Qarahəsənli Kərəc şəhərindəki evlərində həbs ediliblər.

Onlar etiraz aksiyasında hökumət məmurları tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra yarımhərbi Bəsic üzvü Ruhullah Əcəmiyanın öldürülməsinə görə başqa 16 nəfərlə birlikdə saxta ittihamla həbs ediliblər.

Ağır işgəncələrə məruz qalan Həmid Qarahəsənli edam, Fərzanə Qarahəsənli isə 20 il həbs cəzasına məhkum olunublar. Sonradan onların işi Ali Məhkəmədə araşdırılıb və son olaraq Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button