İran

Fərhad Sərxoş: “Təyin edilmiş su payı urmu gölünə axıdılacaq”

“Bu ilin xurdadından abanına kimi əkin bəxşinin su haqqının təmin olunması nəzərdə tutulub. Azər ayından başlayaraq gələn il xurdadın sonuna kimi Urmu gölünə su payının ötürülməsi baş tutacaq”. Bu barədə Urmu Gölünün Ehyası Sitadının rəisi Fərhad Sərxoş bildirib. O, qeyd edib ki, azər ayından başlayaraq gələn ilin ordibehiştinə kimi sədd və çaylardan Urmu gölünə su axıdılacaq. “Ötən il ustan sədlərində artıq qalan 1 milyard 400 milyon mükəəb-metr su gölə ötürülüb. 1 milyard 200 milyon mükəəb-metr axar su da Urmu gölünə axıdılıb. Zaman bölgüsünə əsasən, bu il tikili tərhlər tamalandıqdan sonra 3.5 milyard mükəəb-metr su gölə axıdılacaq. Su-ötürmə tuneli tərhi, habelə Silvə, Çəpərabab kimi sədlər, su-arıtma mərkəzləri bu ilin sonuna kimi tamamlanacaq. İşlərin bitirilməsi üçün toplam 813 milyard tümən ayrılıb. Bu miqdardan 324 milyard tüməni ötən bir neçə həftədə ayrılandır. Şərqi və Qərbi Azərbaycan ustanlarında su mənbələrini, habelə sədlərdən məsrəf miqdarını təyin etmək üçün işçi qrupu var. Həmin miqdarlar təyin edildikdən sonra Urmu gölünün su haqqı bəlli ediləcək 6 ay ərzində gölə axıdılacaq. Hazırda gölün su səviyyəsi 1271.20 sm-dir. Ötən illə müqayisədə 3 sm azalıb. Son raporlara əsasən, Urmu Gölünün genişliyi 2750 mürəbbə-kilometr, həcmi isə 3 milyard 160 milyon mükəəb-metrdir”,-deyə Fərhad Sərxoş məlumat verib.

Related Articles

Bir cavab yazın

Back to top button