İran

İran Amerikanın BƏRCAM-a üzvlüyünü müzakirə etməyə hazırdır

“Əgər Co Bayden Amerikanın öhdəliklərini yerinə yetirmək istərsə, biz də dərhal atom anlaşması çərçivəsindəki öhdəliklərimizə tam şəkildə qayıda bilərik”. Bunu İranın Xarici İşlər vəziri Məhəmməd Cavad Zərif deyib. O, bildirib ki, bu proses və təhrimlərin ləğvi çox vaxt aparmayacaq. Belə ki, Amerika atom razılaşmasına qayıtmaq istəyərsə, İranın Amerikanın Bərcama necə üzv ola biləcəyini müzakirə etməyə hazır olduğu ifadə edilib.
İranın Xarici İşlər vəzirinin sözlərinə görə, Co Bayden Amerikanın prezidenti olarsa və Ağ Evə yerləşərsə, üç fərmanla bütün təhrimləri ləğv edə bilər. “İran” qəzetinə müsahibə verən Cavad Zərif Amerikanın şərt qoymaq səlahiyyətində olmadığını vurğulayıb.
“Amerika Birləşmiş Millətlər Təşkilatının üzvü olaraq Əmniyyət Şurasının 2231 saylı qətnaməsini yerinə yetirməlidir və bunun üçün atom anlaşmasının üzvü olmaq istənilmir. Necə ki, Japon bərcama üzv olmasa da, 2231 saylı qətnamənin icrasına sadiq qalır”, – deyə vəzir bildirib.
Qeyd edək ki, Cavad Zərifin sözlərinə əsasən, Amerika 2231 saylı qətnamənin icrasını, yəni öz öhdəliklərini yerinə yetirməyə başlayarsa, İran da sürətlə Bərcam çərçivəsindəki öhdəliklərinə geri dönəcək.

Related Articles

Bir cavab yazın

Back to top button