Azərbaycanİran

Fərid Səfərli:​​”Heç bir günahım yoxdur”

İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərli və anası Dilarə Əsgərova arasında telefon danışığı olub. Bu haqda qadın özü məlumat verib:

Oğlumla danışdıq, ona: möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan, – dedim. O da cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O dedi: “Mən möhkəməm, əsas sən möhkəm ol. Yaxşı olacaq hər şey”.

Dilarə Əsgərova əlavə edib ki, Fərid özünə əmindir:

Əminliklə dedi ki, heç bir günahı yoxdur. “Həmin maddə ilə ittiham olunmağıma heç bir səbəb yoxdur”, – dedi. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də, təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Dövlət bu işlə ciddi məşğuldur. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq

Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli fevralın 20-də İrana səfərə gedib, lakin martın 4-dən ondan xəbər almaq mümkün olmayıb.

Bir müddət keçdikdən sonra isə məlum olub ki, Fərid həbsdədir və casusluqda ittiham edilir.

Related Articles

Bir cavab yazın

Back to top button