İran

Fəsad şəbəkəsi və Azərbaycandakı məqamlar

İranda məqam və məsuliyyətlər insanların ləyaqətinə görə verilmir. Hakimiyyət hər zaman gücü əlində tutmaq üçün öz mafiyasını iş başında tutmağa çalışır. Bu sistemdə güc mərkəzinə yaxın olduqca daha çox imkandan istifadə etmə şansı olur. Habelə hakim olan azlıq qrupun ətrafı, hər zaman öz mənfəətləri üçün ona dəstək verən insanlarla dolu olur. Təbii olaraq, bu sistemdə hakimiyyət, bütün gücü əlində tutduğu üçün fəsad yayğınlaşır. Fəsad şəbəkəsi o qədər genişlənir ki sistemi tamamən ələ keçirir. Bu kimi siyasi rejimlərdə rüşvət, korrupsiya və fəsadın hər türlüsü sistemi içindən yıxmaya başlar. İranda da belə bir sistemi görmək mümkündür. Ancaq iş başına gətirilən insanlar əlavə bir özəlliyə də sahibdirlər. O da Azərbaycanla düşmənlikləridir. Çağdaş tariximizə nəzərdən keçirsək, hər zaman bu tip insanlar ən yüksək məqamlara sahib olublar. İslam Cumhuriyətində də bu düzən Pəhləvi zamanında olduğu kimi dəvam edib. Güney Azərbaycan azadlıq hərəkatına diqqət etsək, Azərbaycandakı məmurların necə dəhşətli bir faşizim uyğuladığını görmək olar. 1385-ci ilin Xurdad ayı qiyamında hakimiyyətin Azərbaycan millətini şiddətlə yatırdığı zaman heç bir siyasi məqam məsələyə etiraz edərək, millətin yanında durmadı. O tarixdə Təbrizdə, Urmuda, Sulduzda və neçə ayrı şəhərdə Azərbaycan millətinin qanı axdığı zaman Ustandarlar cənayətə ortaq oldular.

Ancaq İslam Cumhuriyyətinin ən məşhur özəlliklərindən olan iki üzlülük hər zaman siyasilərin yol xəritəsi oldu. Yalan o qədər aydın və açıqca deyildi ki milləti əzənlər belə milliyətçilik iddiasında oldular. Son illərdə məşhur olan bu adların biri də Ərdəbilin Cuma imamıdır. Seyyid Həsən Amili illərlə özünü Azərbaycan sevdalısı və Türk dili xadimi kimi göstərdi. O  Qarabağ haqqında sözlər danışdı və İranı Azərbaycan dəstəkcisi kimi göstərməyə çalışdı. Ancaq 44 günlük Qarabağ savaşından sonra gerçək üzünü göstərdi. Habelə düzlükdən dəm vuran Seyyid Həsən Amilinin qardaşı oğlu Hamid Amili də Ərdəbil ustandarı oldu. Anlaşılan, Amili ailəsi Azərbaycana düşmənliyi üçün bu şəkildə ödülləndirilibdir. Habelə indiki həssas zamanda Amili kimi bir Türk düşməninin Ərdəbil ustandarı olması da gələcəkdə Tehranın Azərbaycana qarşı daha ağır basqılar tətbiq etməsinin xəbərçisidir. Beləliklə, illərdir sürən ənənə bir daha öz yerini tapıb və Azərbaycan düşmənləri yüksək məqamlara gətirilir. Bu günlərdə Amili kimilər siyasi məqamlarına güvənib Tehrana xidmət edirlər, ancaq tarixin dəyişməz bir quralı var, o da öz millətinə xəyanət edənlər tez və ya gec cəzalandırılır.

Related Articles

Bir cavab yazın

Back to top button