Araşdırma & Təhlilİran

Fars Faşizminin tarixi bir əsr öncəyə qayıdır

Hazırdakı İran adlanan ölkədə onlarla fərqili millət yaşayır. Pəhləvi dönəmindən öncə ölkədə yaşayan bütün millətlər o zamanın şərtlərini də nəzərdə alaraq öz milli haqlarına sahib olanlardı. Ancaq Pəhləvi dönəmiylə birlikdə İranda yenidən bir millət-dövlət anlayışı inşa edildi. Modern milliyyətçilik anlayışı İranda Fars olmayan millətlərin tamamını kökdən inkar etmək mənasındadı. Pəhləvi şahının ətrafını tutan radikal Fars Milliyyətçiləri Fars olmayan bütün millətləri yox etmək üçün asemilasyon siyasətini başlatdılar. Nəinki ana dilini qorumaq, Fars olmayan millətlərin kimliyini xatırladan hər şey sansor edildi. Bu dönəmdə tarixdə az görünən kültürəl soyqırımı həyata keçirən yollar və yöntəmlər də işə alındı. İranda ən çox nüfusa sahib Türklər ən çox zərər görən millət oldular. Güney Azərbaycanda toplu köçlər və əsrlərdən sonra coğrafiya adlarının dəyişimi başladı. Qorxu hakimiyyəti Fars olmayan nə varsa düşmən gözüylə görürdü. Elə buna görə də siyasi otoritə gücünü Fars olmayanları əzməyə qullanırdı. O dönəmdə məşhur olan cəzalardan biri də Farsca danışmayanlara verilən pul cəzasıydı. Mədrəsələrdə zorla insanların ana dili unutdurulduğu zaman Farsca danışan uşaqlar üçün pul cəzası kəsilirdi. Zaman sovuşub dünya dəyişdi bəlkə, amma İrandakı bu fasizm zehniyyəti heç dəyişmədi. Faşizm zehniyyəti yeni dönəmdə daha da şiddətli bir şəkildə kültürəl soyqırıma dəvam etdi. Bütün media gücünü əlində tutan hakimiyyət, Fars olmayanlara açdığı savaşı elə media qolundan da dəvam etdi.

İslam Cumhuriyyəti əsas ədalət şüarıyla iş başına gəldi.  qısa zaman sonra ölkədə olan ədalətsizliklərə bir də dini faşizmi artırıldı. Radikal Fars Milliyyətçiliyi olduğu kimi qaldı və bir də ona Vilayəti Fəqih Şiə inancı artırıldı. Artıq ölkədə Fars və Şiə olmayan və daha doğrusu hökümətin istədiyi kimi olmayanlar düşman sayılırdı. Elə burada da Türklər çoxunluq Şiə məzhəbinə mənsub olmalarına rəğmən ögey oldular. Hakimiyyət Faşizmini var gücüylə sürdürdü. Tehran hakimiyyətinin gözündə Türklər və Güney Azərbaycan hərəkatı birinci düşmən oldu. Buna görə də Azərbaycan Milli Hərəkatına qarşı basqılar günü gündən artırıldı.

Azərbaycan Milli Hərəkatı da İranda Fars olmayan millətlərin ədalət istəyini təmsil edən ən önəmli faktor halına çevrildi. sivil və dinc hərəkət edən bu axın az zaman içində toplumda bir ümumi istək halına gəldi. bu gün Ana dilində təhsil istəyi Güney Azərbaycan Milli Hərəkətin mübarizəsi sayəsində İran siyasətinin gündəminə gəlib. Buna görə də hakimiyyətin basqıları artırıldı.

Həsən Ruhani bir çox vədlə iş başına gəldi. Ancaq özəllilə ikinci dönəmində Fars olmayanlara qarşı ciddi bir savaş açdı. Azərbaycanlılara qarşı basqılar artdı. Ana dilində mədrəsə isəyi yenə sözdə qaldı.

İbrahim Rəisi bir çox uzmanın nəzərində Əli Xamneyinin dövlətləşmiş halıdır və özündən heç bir iradəsi yoxdur. Ötən gün Kültür vəziri Məhəmməd Məhdi İsmaili Farscanı qorumaq üçün yeni addımlar atacağını və Farscanın qullanılmadığı halda cəzalandırılacaqlarını bildirdi. Habelə Həddad Adil Farsca Dil Qurumu və Sədi Bünyadının Rəisi də vəzirlə görüşündə bənzər faşisti sözlər dedi.

Hədad Adil habelə keçən gün Xarici İşlər Vəziri Əmir əbdullahiyanla da görüşüb Farscanın xaricdə yayılması haqqında danışdı.

Yeni dönəmdə İran hakimiyyətinin yüz il öncəyə qayıdıb təkrar Farsca qullanmayanlar üçün cəza nəzərdə alması dünyada bəlkədə bənzərsiz bir faşizan hərəkətdir.

dünyada heç bir insanın Ana dilində təhsil haqqı mübahisəsi belə olunmadığı halda İranda hələ də İnsanlar öz ana dillərində danışmaq üçün cəzalandırılırlar. Bu dəhşətli fasizm illərdən bəri İranın bütün dövlətçilik sisteminin canına işləyib və hər nə olursa olsun özünü göstərir.

Alınan qərar bir çox Fars olmayanın etirazına yol  Ən çox da Azərbaycanlılar bu faşizan hərəkətə qarşı çıxıb sosyal medyadan Ana dillərini qoruyan mesajlar paylaşdılar. Bu gün İran nə qədər faşistlikdə israrcı olursa olsun dediklərini həyata geçirmə imkanına sahib olmadığını hamı bilir ancaq bu tərz addımlar heç şübhəsiz Azərbaycan Millətinin daha çox ayılmasına və milli dəyərlərinə sahib çıxmasına səbəb olacaqdır. Qışın sonunda yenə üzü qaralıq kömürə qalacaqdır.

Related Articles

Bir cavab yazın

Back to top button