İran

Fars mətbuatı Təbriz Bələdiyyəsini tənqid edib

İranda farsdilli xəbər ajansları Təbriz şəhrdarından intiqad edib.
Tənqidə səbəb Məhəmmədhüseyn Şəhriyarın anımı münasibətilə Təbriz xiyabanlarında asılmış plakatlarda “fars” sözünün yazılmamasıdır. Həmin farsdilli saytlar sırasında islahatçıların rəsmi orqanı “Mərdumsalari” qəzeti və İranın əmniyət orqanlarına bağlı “Azəriha” saytı da var.
Təbriz şəhrdarının bu addımının istifadəçilərin təpkisinə səbəb olduğunu iddia edilib.
İran əhalisinin ən azı yarısını təşkil edən Azərbaycan türkləri duruma münasibət bildirib. “Vətəndaşların təpkisi mərkəzə bağlı qəzet və saytlar üçün bu qədər önəmlidirmi? İllərdir məcazi yanaşma ilə , hətta həqiqi həyatda belə ana dilində təhsillə bağlı fəryad edirik. Bəs niyə bu fəryadları kimsə eşitmir?”,-deyə onlar bildirib.
Başqa tərəfdən “Ustad Şəhriyar”ın ölümünün ildönümünün “Fars şeiri və ədəbiyyatı” günü kimi adlandırılması özü ən böyük qəbahətdir. Görməyə gözü, eşitməyə qulağı olmayan bu tip mətbuat orqanlarının istifadəçiləri Ustad Şəhriyarın yalnız farsca deyil, Azərbaycan türkcəsində də şeir yazdığını bildirirlər. Belə olan halda nə üçün onun adı “fars” şeir və ədəbiyyat günü kimi istifadə olunmalıdır?

Related Articles

Bir cavab yazın

Back to top button