İran

Azərbaycanlı siyasi məhbusla bağlı yenidən Birləşmiş millətlər təşkilatına müraciət edildi

“Ərk”-Azərbaycan İnsan Haqları Cəmiyyəti, Güney azərbaycanlı milli siyasi fəal Əlirza Fərşi ilə bağlı yenidən Birləşmiş Millətlər Təşkilatına müraciət göndərdiyini bildirib.

Cəmiyyətin “İnstaqram” hesabında paylaşılan xəbərə görə, siyasi məhbus Əlirza Fərşinin durumu kontrolda saxlanılır.

İran rejimi tərəfindən onun müalicəsinə şərait yaradılmır. Qurum bununla bağlı bilgiləri son iki gündə yenidən, ikinci dəfə olaraq BMT-yə göndərdiyini bildirib.

Xatırladaq ki, milli fəal tirin 8-də Tehranın “Loğman” mərizxanasına aparılıb və bir neçə saat sonra yenidən zindana qaytarılıb.

Əlirza Fərşi habelə diabet mərizliyinə tutulub və zindanda yoxlama və müalicə imkanlarından məhrum olduğu üçün durumu ağırlaşıb. Milli fəalın görmə qabiliyyəti zəifləyib.

Həbs olunarkən döyüldüyü üçün sol gözündə ciddi problem yaranıb. O, normal yemək və müalicə imkanlarından məhrum saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button