Araşdırma & Təhlilİran

Fars olmayanların ana dilində təhsilinin yasaqlanmasının təkrar yeni bir ili başladı

Bugün Mehr ayının biriylə birlikdə İranda rəsmi olaraq 1400-1401 təhsil ili başladı. Bu təhsil ili Koronanın kölgəsində bir halda başladı ki, öyrətmənlərin bir çoxu vaksən olmayıblar. 15 milyondan çox şagird təhsil ilinə başladı ancaq hələ də dərslərin daha nə zamana qədər uzaqdan dəvam etməsiylə bağlı dəqiq bilgi verilmir. Uzaqdan və internet üzərindən aparılan təhsil ilində İranın təhsil ədalətsizliyi daha açıq ortaya çıxdı. Belə ki təkcə keçən il 3 milyon civarında uşaq yetərli imkana sahib olmadığı üçün təhsildən uzaq qaldı. Ancaq ayrıseçkilik təkcə maddi imkanlarla sınırlı qalmadı. Bu il də milyonlarla uşaq sırf Fars olmadıqları üçün ana dilində təhsil haqqından məhrum qaldılar. Keçmişdə Təhsil Vəzirinin açıqladığına görə, İranda uşaqların yüzdə 70-dən çoxunun ana dili Farsca deyil. Yəni ölkə nüfusunun böyük əksəriyyəti azınlığın dilinə məhkum olub ən təməl insan haqlarından məhrum qaldılar. İran Ana yasasının 15-ci maddəsinə görə, Fars olmayanlar da ana dillərini öyrənə bilərlər. Ancaq təhsil haqqının necə olmasıyla bağlı təhsil vəzirliyində heç bir bilgiləndirmə olmur. Bunun səbəbi teknik məsələsi deyil, bəlkə də İran hakimiyyətinin bu qonu da iradəsinin olmamasıdır. Yaşadığımız bu çağda uşaqların Ana dilində düzgün təhsil akması və daha doğrusu gələcəyi üçün nə qədər önəmli olduğunu inkar etmək mümkün deyil. Bütün təhsil və uşaq uzmanları Ana dilində təhsil almağın gərəkliliyini bildirirlər. Yaşadığımız bu dövrdə təkcə gəlişmiş ölkələr deyil, bəlkə yarı gəlişmiş ölkələrdə belə ana dilində təhsilin vacib və bir insan haqqı olduğu qəbul edilib. Dünyada artıq qəsdən milyonlarla insanı belə təməl haqqından məhrum qoymaq cinayət kimi qəbul edilir. Dünyanın heç bir yerində nə bəhanəylə olursa olsun insanlar ana dillərində təhsildən məhrum edilənməzlər. Ancaq İranda durum çox fərqlidir. Nə inki Ana dildə təhsil haqqından milyonlarca insandan məhrum edilir bəlkə könüllü olaraq Ana dilində təhsil üçün çalışan mədəni fəallar da hakimiyyət tərəfindən ən ağır şəkildə cəzalandırılırlar. İranda Fars olmayanların Ana dilində təhsil mücadiləsinin öndə gedənləri hər zaman Türklər olub. Güney Azərbaycan fəalları 21 Fevriyyə Dünya Ana dili gününü də İranın siyasi söyləminə gətiriblər. İllərdir Güney Azərbaycan Azadlıq və Ədalət hərəkatı bu insan haqqını əldə etmək üçün mübarizə aparır. Siyasət qonusunda da bütün Ana dilində təhsil haqqı hər zaman hakimiyyətdən istənilibdir. Bu il Güney Azərbaycana mənsub siyasi təşkilatların milyonlarla insanın Ana dilində təhsil haqqından məhrum qalmaları ilə bağlı ortaq bir bildiriş yayınladılar. Hətta Ana dili məsələsi haqlı olaraq Azərbaycanda o qədər önəmlidir ki, Güney Azərbaycan fəallarını bir Ana dili fəalı kimi də tanıyarlar. Bu qədər mücadilə İran kimi yerdə əlbəttə ki cəzasız qalmayıb. Əlirıza Fərşi Türklərin Ana dili simgələrindən biri sayılır. Fərşi ki hal hazırda Tehran həbsxanasında tutuqludur bir çox ayrı Azərbaycan fəalıyla birlikdə illərdir Ana dilində təhsil haqqını əldə etmək üçün mübarizə aparır. Ancaq Tehran hakimiyyətinin bu mübarizə qarşısında basqı və zindanka cəvab verib. Bu arada inkar ediləməz bir həqiqət var o da budur ki, Ana dilinə qarşı basqılar dəvam etsə də hər il bu qonuda aydınlanma daha çox olub, və bu məsələ fars olmayan millətlərin ortaq istəyi halına çüvrilib.

Related Articles

Bir cavab yazın

Back to top button