İran

Fatimə Məhəmməd Beyqidən koronavirusla bağlı xəbərdarlıq

“Virusun yayılmasına ciddi yanaşmasaq bunun qarşısını almasaq, onun təhlükəli artım sürəti ilə qışa doğru getməli olacağıq”. Bunu İslam Şurası Məclisinin Sağlıq Komisyonunun dəbiri Fatimə Məhəmməd Beygi deyib. “Hər hansı toplanış, görüş və mərasimlərin keçirilməsinin qarşısı qətiyyətlə alınmalı və güc orqanlarından istifadə edilməlidir. Bu gün qətiyyətli tədbirlərə əl atmasaq, bir sıra çətinliklərlə üzləşəcəyik və qara günlərin qarşısını ala bilməyəcəyik”, -deyə o, bəyan edib. Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı artıb. Sağlıq Vəzirliyi tərəfindən son 24 saatda ölənlərin sayı 462 nəfər elan edilib.

Related Articles

Bir cavab yazın

Back to top button