Azərbaycan

Fazil Mustafanın son durumu AÇIQLANDI

“Fazil müəllim bu gün daha yaxşıdır. Artıq hər şey geridə qaldı, günbəgün vəziyyəti daha da yaxşı olacaq”.

Bu barədə oxu.az-a açıqlamasında martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, qardaşının müalicəsi həkimlərin nəzarətində davam edir:
“Həkimlər onun vəziyyətinin günbəgün daha da yaxşı olduğunu deyirlər. Artıq reabilitasiya prosesi gedir. Ona sakitlik lazımdır. Şükür olsun ki, həyati təhlükəsi yoxdur. Həkimlərin dediklərinə görə, növbəti əməliyyatlara ehtiyac olmayacaq”.

Related Articles

Bir cavab yazın

Back to top button