Azərbaycan

Fazil Mustafaya sui-qəsd: İran eyni gündə bir neçə ölkədə… – Şok

Martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vətəndaşları və başqa şəxslərə qarşı terror törətməyə çalışıblar

Azərbaycan Respublikasında millət vəkili Fazil Mustafaya qarşı törədilən terrorla eyni vaxtda Yunanıstanın paytaxtı Afinada da İsrail vətəndaşlarına məxsus restoranda terror törətməyi planlaşdıran iki şəxs həbs edilib.

İsrailin Kəşfiyyat və Xüsusi Tapşırıqlar Təşkilatı (MOSSAD) saxlanılan şəxslərin İrandan idarə olunan geniş terror şəbəkəsinin üzvü olduqlarını elan edib.

Məsələ ilə bağlı Yunanıstan polisi açıqlama verib və bildirib ki, iki terrorçunun saxlanılması ilə xaricdən yönləndirilən böyük terror şəbəkəsinin təxribatçı planlarının qarşısını alıb.

“Afina” xəbər agentliyi Yunanıstan polis rəsmilərinə istinadən həbs edilən 27 və 29 yaşlı terrorçuların Pakistan vətəndaşları olduqlarını və İrandan göstəriş aldıqlarını yazıb.

MOSSAD antiterror əməliyyatında əməkdaşlarının rolunu açıqlayıb və bildirib ki, planlaşdırılan terror aktı İran daxilindən yönəldilmiş geniş şəbəkənin bir hissəsi idi.

İsrailin xarici işlər naziri Eli Kohen terror aktının qarşısını vaxtında aldığı üçün Yunanistan hökumətinə təşəkkür edib

Related Articles

Bir cavab yazın

Back to top button