Dünyaİran

FBİ Kanadada üç iranlı taciri axtarır

Üç iranlı iş adamı Tehran rejiminə sanksiyalardan yayınmaqda kömək etməkdə ittiham olunduqlarına görə Amerikanın Federal Təhqiqat Bürosu tərəfindən axtarışa veriliblər.

Bu barədə Kanadanın CBC telekanalı məlumat yayıb.

Kanadada yaşayan bu şəxslər İrana ABŞ sanksiyalarından yan keçməyə kömək etmək məqsədi ilə yüz milyonlarla dollar gizlətməkdə ittiham olunurlar.

“Bu üç nəfər Kanadada sanksiyaları pozmaqda və ya qeyri-qanuni iş görməkdə ittiham edilmir. Ancaq Amerikada mühakimə olunsalar, onları 20 ilə qədər həbs gözləyir”,- CBC telekanalı bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button