İran

Feysbuk İrana məxsus saxta hesabları bloklayıb

Feysbuk İsrailin Baş vəziri Benyamin Netanyahuya və Əraqa qarşı ümumi etirazları dəstəkləmək üçün İranda təşkil edilən saxta hesabları bağlayıb. Bu barədə feysbukun cümə axşamı yayımladığı aylıq raporunda bildirilib. Məlumata görə, 12 istifadəçi hesabı, iki səhifə, 307 instaqram hesabı İsrail və İraqdakı etirazlara dəstək olaraq ibri və ərəb dillərində məlumatlar paylaşıb. Saxta hesab istifadəçiləri kimliklərini gizlətməyə çalışsalar da, feysbuk Tehrandakı bir bilgi teknolojisi şirkəti ilə əlaqələrini bəlli edə bilib. Qeyd olunan şəbəkə təqribən 10 min izləyicisi olan saxta istifadəçi hesablarına sahib olub. Rapora əsasən, özünə muxatəb cəlb etməyin ilkin mərhələsində olub.

Related Articles

Bir cavab yazın

Back to top button