İran

“Foreign Policy”: İran xalqı bilir ki, rejim özünü islah edə bilməz

Amerikanın “Xarici Əlaqələr Şurası” Beyin Mərkəzinin İran və Yaxın Şərq məsələləri üzrə təhlilçisi Rey Təkeyh yazdığı məqalədə İslam Cümhuriyyətinin siyasəti ilə bağlı məsələlərə toxunub.

Amerikanın “Xarici Əlaqələr Şurası” Beyin Mərkəzinin İran və Yaxın Şərq məsələləri üzrə təhlilçisi Rey Təkeyh yazdığı məqalədə İslam Cümhuriyyətinin siyasəti ilə bağlı məsələlərə toxunub.

“Aznews tv”ın xəbərinə görə, təhlilçi məqaləsində qeyd edir ki, İran köhnə siyasətçiləri təmizləmək, azad seçki iddiasından əl çəkmək və rifah dövlətini aşağılamaqla özünü təhlükəyə atıb və ancaq böyük güclərə münasibətini dəyişməklə hakimiyyətini uzada bilər.

O, Amerikanın “Foreign Policy”nəşrində çıxan məqaləsində habelə bildirib: “Hələ İran prezidenti İbrahim Rəisinin hakimiyyətə gəlməsindən bir neçə ay keçməmiş o, çətin vəziyyətə düşüb. Media təhlilləri onun nüvə proqramı ilə bağlı üsyanlarına diqqət yetirsə də, Rəisi yenə də düşünən beyinlərin ölkədən qaçması və daxildə xalq etirazları ilə üz-üzə qalıb”.

“Əgər İslam Cumhuriyyətinin dini rəhbəri Əli Xamenei və onun ən şövqlü tələbəsi olan Rəisi böyük dünya gücləri qarşısında mühüm dəyişikliklər etməsələr, qorumağa borclu olduqları hakimiyyəti təhlükəyə sala bilərlər”, – deyə o əlavə edib.

Yazarın fikrincə, yanlış edarəetmə, koronavirus və sanksiyalar İran iqtisadiyyatına ciddi zərbə vurub. İranın milli pulu kəskin şəkildə dəyərdən düşüb və ölkədə inflyasiya 40% ətrafında dəyişir.

Qeyd edək ki, İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra yaxın iki il ərzində 8% iqtisadi artım və iki milyona yaxın iş yerinin yaradılacağını vəd edib.

Related Articles

Bir cavab yazın

Back to top button