İran

İnsan Haqları Təşkilatı: İranda son üç həftədə 29 nəfər edam olunub

İran İnsan Haqları Təşkilatının statistikasına əsasən, 2022-ci ilin başlanğıcından bəri keçən 3 həftə ərzində İranda ən azı 29 nəfər dara çəkilib.

İran İnsan Haqları Təşkilatının statistikasına əsasən, 2022-ci ilin başlanğıcından bəri keçən 3 həftə ərzində İranda ən azı 29 nəfər dara çəkilib.

“Aznews tv”ın xəbərinə görə, sözügedən təşkilat yanvarın 21-də bildirib ki, İqbal Mustovfi və Huşəng Xanməhəmmədi adlı iki məhbus Xorrəmabad zindanında asılıb.

Yanvarın 20-də Əli Yəzdani adlı bir məhbus Rəşt zindanında, bir gün öncə yanvarın 19-da isə daha üç məhbus İlam şəhər zindanında edam olunublar.

Bu şəxslərə qarşı “qəsdən adam öldürmə” ittihamları irəli sürülüb və bunun İranın İslam Cəza Qanunundakı cəzası valideynlərin tələbi ilə “qisas” alınmasıdır.

Dünya birliyi və insan haqları fəalları “qisas” hökmünü tənqid edir və cinayətkarın cəzasının ölənin ailəsi tərəfindən yox, hakimlər tərəfindən verilməsini istəyirlər.

Son 3 həftə ərzində edam olunan azı 29 nəfərin əksəriyyətinin tutulub daha sonra edam edilmə ittihamları isə əsasən narkotik və uyuşdurucu maddələrlə bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button