İran

Fransa, Almaniya və Böyük Britaniya İrana çağırış edib

Bərcamın avropalı üzvləri Beynəlmiləl Atom Enerjisi Ajansının Hokkam Şurasında birgə açıqlama yayıblar. Bununla da İranın atom öhdəliklərindən uzaqlaşması ilə bağlı nigaranlıqlarını bəyan ediblər. Belə ki, novambrın 20-si Fransa, İngiltərə və Alman İranı atom öhdəliklərinə qayıtmağa çağırıblar.
Britaniya Xarici İşlər Vəzirliyinin rəsmi saytında yer alan məlumata görə, atom anlaşmasının avropalı üzvləri Bərcamın qorunub saxlanmasına və tam icrasına bağlı qaldıqlarını bildiriblər.
“Biz atom razılaşmasının qorunması üçün çox çalışdıq və Amerikanın atom anlaşmasından çıxmasından, İrana qarşı təhrimlər qoyulmasından dəfələrlə təəssüfləndiyimizi qeyd etdik. Eləcə də İranın qanuni ticarət apara bilməsi üçün “Instex” maali mekanizmini işə salmaq kimi çabalar göstərmişik”, – deyə 3 ölkənin bəyanatında bildirib

Related Articles

Bir cavab yazın

Back to top button