İqtisadiyyat

Qazaxıstan Prezidenti “Kaşağan” layihəsi üçün qaz emalı zavodunun tikintisini sürətləndirməyi tapşırdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzərdəki nəhəng Kaşağan neft və qaz kondensat yatağının işlənməsi layihəsi çərçivəsində qaz emalı zavodunun tikintisini sürətləndirməyi tapşırıb.

Dövlət başçısının saytında verilən məlumata görə, Prezident belə bir sərəncamı Xarici Sərmayədarlar Şurasının çərşənbə günü keçirilmiş iclası zamanı verib.

Tokayev “Kaşağanın” geniş miqyaslı işlənməsinə keçidin vaxtında həyata keçirilməsini tapşırıb, həmçinin “Tengiz” və “Qaraçaqanak” iri neft və qaz yataqlarında layihələrin vaxtında başa çatdırılmasının vacibliyini bildirib.

“İnteqrasiya olunmuş qaz kimya kompleksinin tikintisi layihəsi 10 ildən çoxdur ki, tamamlanmır. Energetika nazirliyi emal layihələrinə investisiya yatırmaq istəyən şirkətlər üçün neft və qaz istehsalı və ixracı üçün xüsusi şəraitin yaradılması imkanlarını düşünməlidir”, deyə dövlət başçısı vurğulayıb.

Çıxışında Kasım-Jomart Tokayev neft və qaz layihələrində yerli işçilərin əməyindən və xidmətlərin alış payının artırılmasının zəruriliyi qeyd edilb.

Xəbər verildiyi kimi, “Kaşağan” yatağında dəyəri 860 milyon dollar olan qaz emalı zavodunun inşası 2021-ci ilin sonunadək başa çatmalıdır.

Zavodun tikintisi ildə 1 milyard kubmetr qazı yataqdan emal etməyə imkan verəcəkdir , sonradan ildə 5 milyard kubmetr qaz emalına qədər artımla müşayət olunmalıdır. Bu, satıla bilən qaz istehsalını artırmağa və Kaşağanda neft hasilatını artırmağa imkana şərait yaratmalıdır.

Layihə qazın yandırılması və rezervuara yenidən vurulması əvəzinə qaz emalı üzrə milli proqram çərçivəsində həyata keçirilir.

Kaşağan – Xəzər dənizinin Qazaxıstan sektorundakı ilk dəniz neft və qaz yatağıdır, eyni zamanda ölkədəki ən böyük beynəlxalq investisiya layihəsidir.

Burada neftin kommersiya istehsalı 1 Noyabr 2016-cı ildə başlayıb. Hazırda ildə 12 milyon tondan çox neft hasilatı həyata keçirilir

Related Articles

Bir cavab yazın

Back to top button