İran

Fransa prezidenti ilə İbrahim Rəisi arasında telefon danışığı olub

İranın dünya gücləri ilə nüvə danışıqları son mərhələyə yaxınlaşdığı bir vaxtda Fransa prezidenti Emmanuel Makron şənbə günü fevralın 19-da İran prezidenti İbrahim Rəisi ilə yenidən telefonla danışıb.

Yelisey Sarayı hələ danışıqların məzmunu ilə bağlı açıqlama verməyib, ancaq İbrahim Rəisinin ofisindən verilən məlumata görə, Makron İran hökumətini Vyana danışıqlarından dərhal nəticə çıxarmağa çağırıb.

“Vyanada istənilən razılaşma sanksiyaların ləğvini, etibarlı zəmanətin verilməsini, siyasi məsələlərin və iddiaların həllini ehtiva etməlidir”, – Rəisi Makronla telefon danışığında deyib.

Bundan üç həftə öncə də Makron Rəisiyə zəng edib və danışıqların sürətləndirilməsini istəmişdi.

Fransa prezidentliyinin ofisinin verdiyi açıqlamaya görə, Makron İranın nüvə proqramının siyasi həllinin vacibliyini vurğulayıb və Yəmən, Livan, Körfəz regionunda təhlükəsizlik, eləcə də İranda həbsdə olan Fransa vətəndaşlarının azad edilməsi kimi məsələləri müzakirə edib.

Related Articles

Bir cavab yazın

Back to top button