Dünya

Fransa prezidenti İranin nüvə proqramından söz açıb

Fransa prezidenti Emmanuel Makron İranla atom anlaşması ilə bağlı danışıqların sərtləşdirilməsini istəyib. O, Səudiyyə Ərəbistanı da daxil olmaqla bölgə ölkələrinin bu işdə iştirak etməli olduqlarını vurğulayıb. Bu barədə “Əl-Ərəbiyyə” televizyonu xəbər verib. Məlumata görə, Fransa prezidenti İranın silah əldə etməsinin qarşısını almaq üçün çox az vaxt qaldığını qeyd edib. Bildirək ki, bir neçə gün öncə Fransa Xarici İşlər vəziri Jean-Yves Le Drian “Dimanş” qəzetinə bildirib: “İran atom silahları hazırlayır. İranla Amerikanın 2015-ci il atom anlaşmasına qayıtmalarına gərəkli ehtiyac var”. İran isə öz növbəsində bu açıqlamaları təkzib edib. Fransa dövlətinin bir məqamı da İranın atom proqramı ilə bağlı danışıb. Bildirib ki, İran Amerikanın atom anlaşmasına qayıtmasını istəyirsə, atom təxribatlarını dayandırmalıdır. Atom anlaşması üzrə öhdəliklərinə əməl etməlidir. Vurğulayaq ki, İran rejimi illərdir atom silahı hazırlamaq uğrunda öz xalqının mənafelərini qurban verir. Bu durum həm bölgə, həm də dünya ölkələrinin nigaranlığına səbəb olur.

Related Articles

Bir cavab yazın

Back to top button