Azərbaycan

Ceyhun Bayramov Səudi Ərəbistanın xarici işlər vəziri ilə görüşüb

Səudi Ərəbistana rəsmi səfərdə 24 juən 2021-ci il tarixində Azərbaycanın xarici işlər vəziri Ceyhun Bayramovla Səudi Ərəbistanın xarici işlər vəziri şahzadə Feysəl bin Fərhan A:li Səud arasında görüş keçirilib.
Azərbaycanın Xarici İşlər Vəzirliyinin Mətbuat Xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı şahzadə Feysəl A:li Səud iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını bildirərək, əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu qeyd edib. Azərbaycanın döst və qardaş ölkə olduğunu vurğulayıb.
Vəzir Ceyhun Bayramov Azərbaycan millətinin ümummilli lideri Heydər Əliyevin Səudi Ərəbistana səfərinin iki ölkənin arasında münasibətlərin tarixində önəmli yer tutduğunu bildirərək, iki döst dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
Vəzir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı nizami təcavüzü və onun nəticələrinə toxunaraq, Səudi Ərəbistanın Azərbaycana bu məsələdə həm ikitərəfli qaydada, həm də uluslararası təşkilatlar çərçivəsində verdiyi dəstəyi yüksək dəyərləndirib.
Vəzir Ceyhun Bayramov Səudili həmkarına savaşdan sonra azad edilmiş məntəqələrdə olan vəziyyəti, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, yenidən qurma, eləcə də quruculuq işlər barədə ətraflı bilgi verib. O, Azərbaycan ilə Ermənistan arasında ölkələrin müstəqilliyi ilə torpaq bütövlüyünə hörmət əsasında sülh anlaşmasının imzalanmasının vacib olduğunu vurğulayıb.
İqtisadi sahədə əməkdaşlığın önəmini vurğulayan vəzir Ceyhun Bayramov iki ölkə arasında külək enerjisi sahəsində əməkdaşlığı yükəsk qiymətləndirib. Turizm sahəsində əməkdaşlığa istinad edilərək, 2016-cı ildə Körfəz ölkələrinin vətəndaşları üçün vizaların rəsmiləşdirilməsi gedişatlarının sadələşdirilməsindən sonra Azərbaycana gələn Ərəbistanlı turistlərin sayının bir neçə dəfə artdığı vurğulanıb və müsbət dinamikanın pandemiyadan sonrakı dövrdə də davam edəcəyinə inamını ifadə edilib.
Səudi Ərəbistanının xarici işlər vəziri Azərbaycan Cumhurisinin Prezidenti İlham Əliyevin Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib. Şahzadə Feysəl bin Fərhan Səudi Ərəbistanın Azərbaycana hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.
Görüş zamanı vəzir Ceyhun Bayramov Səudili həmkarını Azərbaycana səfərə dəvət edib. Səudi Ərəbistanının xarici işlər vəziri dəvəti məmnuniyyətlə qəbul edib.

Related Articles

Bir cavab yazın

Back to top button