İran

Fransa vətəndaşının İranda həbs edilməsi təsdiqlənib

Fransa vətəndaşının İranda tutuqlanması təyid edilib. Məsələ ilə ilgili Fransa Xarici İşlər Vəzirliyi bilgi yayıb. Açıqlama İranda həbs edilmiş İran-Fransa vətəndaşı Fəriba Adelxahın vəkilinin Tehranda bir fransız turistin tutulduğunu elan etməsindən bir neçə saat sonra verilib. Həmin şəxsin keçən ilin meyinda tutuqlandığı və heç bir açıqlama verilmədən indiyədək zindanda saxlanıldığı vurğulanıb.
Məsələ ilə bağlı Fransanın “Le Poin” qəzeti də xəbər dərc edib. Burada Tehranla Paris arasında yeni bir gərginliyin yarana biləcəyi qeyd olunub.

 

Related Articles

Bir cavab yazın

Back to top button