Dünya

FRANSADA POLİSLƏRLƏ BAĞLI YENİ QAYDALAR TƏTBİQ OLUNA BİLƏR

Polisin hər bir səhvi, həddi aşması, hər sözü, o cümlədən irqçi ifadələri istintaq, təhrim hədəfi olacaq. Bu sözləri Parisdə polis zorakılığına qarşı etiraz nümayişinin ertəsi günü Daxili İşlər vəziri Kristof Kastaner Senatda çıxışında deyib.
“Dövlət zorakılıq tətbiq etmir. Oxşar ihadisələr olduqda və polis tərəfindən yol verilmiş nöqsanlar olduqda araşdırmalar aparılır və zəruri hallarda təhrimlər tətbiq olunur”, – deyə hökumətin sözçüsü Sibet Ndiaye deyib.
S. Ndiaye mətbuat konfransında qeyd edib ki, Fransa ilə Amerikanı müqayisə etmək olmaz, bu ölkələrdə baş verən son hadisələr həm tarixi, həm də cəmiyyətin təşkili baxımından müqayisə olunmazdır. O, bu hadisələrdən danışanda ehtiyatlı olmağa səsləyib.

Related Articles

Bir cavab yazın

Back to top button