Dünyaİran

Fransanın Rəisinin İran prezidenti seçilməsinə təpkisi: İranda insan haqlarının durumundan nigaranıq

Fransa, İbrahim Rəisinin İrandakı radikal siyasi qanad tərəfindən ölkə prezidenti seçilməsini diqqətdə saxladığını bildirərək, bir tərəfdən ölkədə insan haqlarının durumundan “nigaranlığı” və başqa tərəfdən atom anlaşmasını canlandırmaq üçün ölkənin xarici siyasət idarəsinin “tam fəaliyyətə keçməsi”ni xatırladıb.

Fransa Xarici İşlər Vəzirliyinin sözçüsü Enis van der Mol juənin 21-də deyib: “Biz İranda insan haqlarının durumu və bu ölkədə həbsdə olan vətəndaşlarımızın durumu ilə bağlı nigaranlığımızı hər zaman bildirmişik və bu vəziyyəti izləməyə davam edirik”.

İranın cümə günü seçilən yeni prezidenti bazar ertəsi günü bildirib ki, atdığı bütün addımlar “həmişə insan haqlarının qorunmasına yönəlib”.

Amerika, Qərbin qeyri-dövlət qurumları və İran hökumətinin müxalifləri İbrahim Rəisini ölkənin məhkəmə orqanlarında uzun müddət çalışdığı müddətdə, özəlliklə 1980-ci illərdə çoxsaylı işgəncə və edam hökmlərini verməkdə günahlandırır.

Related Articles

Bir cavab yazın

Back to top button